Dəyişikliklər işçilərə münasibətdə ədalətli olmalıdır


Baxıldı : 133

Tarix : 2019-11-25 05:05:20


Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Avropa İnvestisiya Bankının (AİB) tədricən yanacaqla bağlı layihələrin kreditləşdirilməsini minimuma endirmək qərarını alqışlayır.

2021-ci ildən sonra bank qaz-mədən yanacaqları ilə əlaqəli bütün layihələrə borc verməyi dayandıracaq. Bu barədə Avropa İnvestisiya Bankının İdarə Heyəti açıqlama verib.

Müvafiq razılaşmada müəyyən nisbətən ucuz qaz emissiyası layihələri üçün bir sıra istisnalar var, bu şərtlə ki, onlar emissiya və məhsuldarlıq səviyyəsinin yeni standartlarına uyğun olsun. Razılaşmada bir neçə konkret məqamlar  da qeyd olunur. 

Hazırda əhəmiyyətli dərəcədə intensiv karbon enerji mənbələrindən asılı olan ölkə və regionlara dəstək  vermək üçün həmin ölkələr qısa müddət ərzində istixana qazı emissiyalarını azaltmalıdır. Yəni atmosferə daha az tullantı buraxılmalıdır. 

AHİK  ekoloji cəhətdən zərərli subsidiyalardan tədricən imtina etməyə çağırır, buna görə də  beynəlxalq ekspertlər qrupunun iqlim dəyişməsinə dair elmi tövsiyələrinə uyğun iqlim məqsədlərinə nail olmaq istiqamətində müsbət addım olan AİB-in qərarını alqışlayır.

“Ancaq bu qərar Avropa Birliyi ölkələrində işçilərə müəyyən dərəcədə təsir edəcək. Bu dəyişikliklərin  sosial ədalətli keçidin bir hissəsi olacağına əmin olmalıyıq. AİB qərarı zərərçəkmiş regionlar və sektorlar üçün AB-nin birgə mexanizmləri, zərərçəkmiş işçilərin sosial müdafiəsi və zərərçəkmiş regionlarda iqtisadi fəaliyyətin diversifikasiyasını təmin edən perspektivli investisiya planları ilə müşayiət olunmalıdır”, - deyə AHİK-dən bildirilib.