Digər tikinti üslublarının fərqli cəhətləri...


Baxıldı : 312

Tarix : 2015-03-14 02:57:00


Ölkəmizdə son illərdə yaşayış evlərinin və ofislər üçün inzibati binaların tikintisi zamanı hazır bloklardan istifadə, demək olar ki, həyata keçirilmir. Paytaxt daxil olmaqla, regionlarda daha çox hündürmərtəbəli monolit evlər inşa edilir və bu, orta hesabla 2 ilə həyata keçirilir. Hazır bloklardan istifadə zamanı üstün cəhət ondan ibarətdir ki, inşaat işlərini daha tez müddətə yekunlaşdırmaq mümkündür. Azərbaycanda olmasa da, bir çox ölkələrdə həmin üsulla inşa edilən binalara indi də rast gəlmək olar. Əsas özəlliyi budur ki, tikinti üslubuna görə istehsalat ərazisində bloklar hazırlanaraq tikinti ərazisinə gətirilir. Sonra həmin bloklardan sanki \ konstruktor\ kimi tez bir zamanda bina ucaldılır. Bu növ tikintinin ən üstün cəhəti binaların tez bir zamanda və keyfiyyətli inşa edilməsidir. Məsələn, Çinin Broad Sustainable Buildings” şirkəti 57 mərtəbəli göydələni 19 günə tikib. 800 mənzildən və ofis sahələrindən ibarət 180000 kv.m. sahəsi olan bina hazır bloklardan tikilib. Ölkəmizdə isə Baku Crystal Hall” bu üsulla inşa edilib.Binaların tez inşa edilməsinin daha bir üslubu panel evlərdir. Məsələn, Rusiyada 17 mərtəbəli panel binanın tikintisi orta hesabla 5-7 ay təşkil edir. Sovet dövründə Azərbaycanda çoxmərtəbəli binaların inşası əsasən bu üsul ilə aparılırdı. O zamanlar yeni yaşayış massivlərinin tez bir zamanda tikilməsi və məskunlaşması məhz bu tikinti metoduna görə baş verirdi.Azər MUSTAFAYEV