Digər çalışanların hüquqlarına ziddir


Baxıldı : 76

Tarix : 2017-04-21 23:31:54


Almaniyada əmək qanunvericiliyində işçilərin illik məzuniyyətindən əlavə, xəstələndikləri zaman əməkhaqqının tam ödənilməsi şərtilə qısamüddətli məzuniyyət hüquqları var. Bəzi şirkətlər bu qərardan və çalışanların bu hüququna meyilli olmasından narahatlıq ifadə edib. "Amazon" şirkəti isə bu məzuniyyətdən istifadə etməyənlərin maaşlarında 6-10 faiz artım edib. Bu addım bir sıra qurumlar tərəfindən birmənalı qarşılanmayıb.

Əmək Qanunvericiliyi İnstitutunun direktoru Huqo Sinzeimer bildirib ki, əməkhaqqı artımı digər çalışanların hüquqlarına ziddir və bu barədə əmək məhkəməsinə müraciət edilə bilər. "Amazon" onlayn ticarət şəbəkəsinin Almaniyada 9 mərkəzi və 12 minə yaxın daimi işçisi var. Şirkət alınan qərarın təşviq məqsədi daşıdığını və qaydalara riayət edən hər kəsin bu bonusdan yararlanma imkanının olduğunu bildirib. Şəbəkənin mətbuat katibi Anette Nakbar açıqlamasında işçilərin öz sağlamlığına diqqət etmələri üçün kampaniyanın bir vasitə olduğunu qeyd edib. "Amazon" çalışanların haqlarını müdafiə edən "Verdi" Həmkarlar İttifaqı rəhbərliyinin aldığı qərarı düzgün addım hesab etməyib. İttifaqın nümayəndəsi Tomas Voss mətbuata açıqlamasında belə bir addımın işçilər arasında ayrı-seçkilik yaradacağını deyib. O bildirib ki, şirkət 2013-cü ildə də əmək qanunvericiliyinə zidd kampaniya başlatmış, bu addım tətil və etirazlara səbəb olmuşdu.

Cavid SƏFƏROV