Digər messencerlərə keçəcəklər


Baxıldı : 80

Tarix : 2017-05-19 23:17:43


“Whatsapp" istifadəçiləri proqramda yaranan yeni problemdən şikayətləniblər. Problem Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya və bir sıra digər Avropa ölkələrində qeydə alınıb. Bəzi istifadəçilər "tvitter"də şikayətlərini dilə gətiriblər. Onlar "Whatsapp"dan imtina edərək, digər messencerlərə keçəcəklərini söyləyiblər.

Xatırladaq ki, 2017-ci il mayın 4-də də "Whatsapp"da analoji problem yaşanmışdı.

Azər MUSTAFAYEV