Dinara ikinci yer tutub


Baxıldı : 206

Tarix : 2019-06-07 13:51:40


Respublika Şahmat Mərkəzində 8 yaşadək qızlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilib. Dairəvi sistem üzrə təşkil olunan turnirdə 12 nəfər mübarizə aparıb. Yarışda iştirak edən Həmkarlar İttifaqlarının Respublika Şahmat Dama Klubunun yetirməsi Dinara Hüseynova ikinci yer tutub. Dinara yarışlara məşqçi-müəllim Elçin Əsədovun rəhbərliyi altında hazırlaşıb.

Azər MUSTAFAYEV