Diplom, medal və Fəxri fərmanlarla təltif olunublar


Baxıldı : 85

Tarix : 2019-11-15 18:28:12


Azərbaycan Texniki Universitetində (AzTU) 9 Noyabr - Bayraq Günü  və  12 Noyabr - Konstitusiya Günü münasibətilə universitetin fakültələri arasında keçirilən idman yarışlarına yekun vurulub. AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və Texniki İdman Klubunun təşkilatçılığı ilə baş tutan yarışda 220-dən çox tələbə iştirak edib. Tələbələr 3 idman növü ( şahmat, voleybol və futzal) üzrə yarışda mübarizə aparıblar.

Sonda qaliblər Diplom, medal və Fəxri fərmanlarla təltif olunublar.