İdmanın 10 növündə yarışacaqlar


Baxıldı : 270

Tarix : 2016-02-27 04:15:00


Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və \ Gənclik\ Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə martın 3-dən ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatına start verilir. Çempionatın təqvim planına idmanın 10 növü daxil edilib. Bunlar atletika, şahmat, minifutbol, voleybol, basketbol, stolüstü tennis, yunan-Roma güləşi, sərbəst güləş, veloidman və badmintondur. Mart-may aylarında keçiriləcək yarışlarda qızlar və oğlanlar ali mükafatlar uğrunda mübarizə aparacaqlar. Azər MUSTAFAYEV