Dörd medal qazanıblar


Baxıldı : 79

Tarix : 2017-07-07 22:24:25


Sərhədçi İdman Olimpiya Mərkəzində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi sona çatıb.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən ölkə birinciliyində 46 klubdan 333 cüdoçu (288 oğlan, 45 qız) qüvvəsini sınayıb.

Turnirdə iştirak edən "Atilla" İdman Klubunun yetirmələri də mükafatçılar sırasında yer tutublar. Coşqun Abdullayev (-81 kq.) ikinci, Qurban Qurbanov (-90 kq.) və Rüfət Məmmədov (-60 kq.) üçüncü olublar. Qızların yarışında Şəfəq Həmidova (-48 kq.) ikinci yeri özünə təmin edib.

Azər MUSTAFAYEV