Dövlət Bayrağı Günü idman yarışı ilə qeyd edildi


Baxıldı : 28

Tarix : 2017-11-10 22:00:39


Dövlət Bayrağı Günü ilə əlaqədar Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bütün struktur bölmələri arasında minifutbol turniri keçirilmişdir. Gərgin keçən mübarizədə Kommunal Xidmət, Təmir və Dənizkənarı Bulvar Ərazisinin Mühafizəsi Müəssisəsinin Yaşıllaşdırma İşləri Şöbəsinin komandası 1-ci, Mühafizə Xidmətinin komandası 2-ci, “Sahil Xidməti” MMC 3-cü və Su Təchizatı və Suvarma Sistemləri Şöbəsinin komandası 4-cü yerə çıxmışdır.

Tədbirin sonunda qalib komandalar Dənizkənarı Bulvar İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən kubokla, diplomlarla və eyni zamanda pul mükafatı ilə təltif olundu.