Dövlət büdcəsi təsdiq olundu


Baxıldı : 149

Tarix : 2016-12-17 00:07:05


Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə münasibət bildiriblər.

İclasda həmçinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında", “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini, həmçinin Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarını, Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyiblər.

Deputatlar digər qanun layihələrinə də səs veriblər.