Doing Business 2017\ hesabatı...


Baxıldı : 188

Tarix : 2016-04-01 04:45:00


Dünya Bankı (DB) \ Doing Business 2017\ hesabatının metodologiyasında bir sıra dəyişikliklər edəcək. Hesabatın bəzi meyarlarının yenidən qiymətləndirilməsi üzərində təhlillər aparıldığını deyən DB-nin özəl sektorun inkişafı üzrə eksperti Valentina Saltane bildirib ki, hazırda biznesin və idarəetmə sektorunun müxtəlif sahələri üzrə metodoloji dəyişikliklərin aparılması labüddür və bu proses ilin ortalarına qədər davam etdiriləcək. Cari ilin sonuncu rübündə açıqlanacaq yeni hesabatda bu dəyişikliklər öz əksini tapacaq. Həmin dəyişikliklərin ilkin istiqamətləri barədə Azərbaycan tərəfi məlumatlandırılıb və bu sahələrdə islahatların aparılması tövsiyə olunub. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, \ Doing Business\ in hesabatları nəşr olunduqdan sonra ölkəmizin müvafiq qurumları hesabatı dərindən təhlil edərək həm nailiyyətləri, həm də çatışmazlıqları öyrənir. Dövlət qurumları ilə biznes nümayəndələri arasında açıq dialoq əsasında hansı sahələrdə işlərin aparılmasının yolu müəyyənləşdirilir.ELBRUS