Donuz qripi\ nə qarşı tədbirlər gücləndirilir


Baxıldı : 291

Tarix : 2015-12-12 06:25:00


İranda \ donuz qripi\ ndən (A/H1 N1) son üç həftədə 40 nəfər həyatını itirib. İndiyədək 35 nəfər Kirman əyalətində, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində dünyasını dəyişib. Qonşu İranda yayılan \ donuz qripi\ Azərbaycanla sərhəd ərazilərdə də qeydə alınıb. Belə ki, artıq Xəzər dənizi sahilində yerləşən Mazandaran əyalətində 5 nəfər \ donuz qripi\ diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İndiyədək bu virusdan Mazandaran əyalətində ölüm halı olmasa da, öldürücü virisun nəzarətə götürülməsi istiqamətində iş aparılır. Gürcüstan paytaxtında isə \ donuz qripi\ nə 7 yoluxma halı qeydə alınıb. Qonşu İran və Gürcüstan ərazisinə hər gün yüzlərlə soydaşımızın gedib-gəldiyini nəzərə alsaq, virusun ölkəmizə keçmə ehtimalı da az deyil. İranda \ donuz qripi\ nin aşkarlanması ilə əlaqədar təhlükəni nəzərə alaraq artıq Azərbaycan Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçib. Komitədən verilən məlumata görə, hazırda \ donuz qripi\ nə yoluxmuş insanların sərhədi keçməsi halları qeydə alınmayıb.Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyir ki, indiyədək heyvanlar arasında iti yoluxucu xəstəliklər, o cümlədən \ donuz qripi\ xəstəliyi qeydə alınmayıb: \ Hazırda ölkəmizdə təxminən 7 minə yaxın donuz qapalı şəraitdə saxlanılır. Donuzçuluq təsərrüfatına tam nəzarət olunur, vəziyyət stabildir. Xidmət tərəfindən ölkədəki heyvan və heyvan mənşəli məhsullara ciddi nəzarət olunur\ .Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirirlər ki, Azərbaycanda, hələ ki, \ donuz qripi\ ilə bağlı hər hansı şübhəli hal qeydə alınmayıb: \ Ölkə ərazisində epidemioloji durum daim nəzarət altındadır. Həmçinin nazirliyin tabeliyində olan sanitar-karantin şöbələrində ölkəyə daxil olan əcnəbilərin, habelə Azərbaycan vətəndaşlarının üzərində daimi nəzarət həyata keçirilir\ .Respublika Taun Əleyhinə Stansiyadan isə bildirdilər ki, \ donuz qripi\ virusuna ölkə ərazisində yoluxma halı olmayıb: \ Çalışmalıyıq ki, bu virus xaricdən respublikamıza daxil olmasın. Amma bu xəstəliyin əlamətləri yoluxmuş şəxsdə bir sutkadan sonra özünü büruzə verir. Buna görə də əgər virusa yoluxan şəxs ölkə ərazisinə gəlirsə, yalnız bir sutkadan sonra xəstəlik özünü büruzə verəcək. Bu səbəbdən heç kəs zəmanət verə bilməz ki, \ donuz qripi\ hansısa ölkəyə keçməyəcək. Amma sərhəd-keçid məntəqələrində ölkə ərazisinə gələn hər kəs müayinə olunur. Özü də təkcə \ donuz qripi\ deyil, digər xəstəliklərlə bağlı da müayinələr aparılır. Çünki insanların daha çox olduğu yerlərdə hava-damcı yolu ilə virusun yayılması riski böyükdür\ . Tibb elmləri doktoru Adil Qeybulla da deyir ki, \ donuz qripi\ virusunun xaricdən ölkəmizə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir: \ İstənilən tədbir virusun törədə biləcəyi fəsadların qarşısını almağa yönəlməlidir. Məlum məsələdir ki, qrip virusları soyuq havalarda daha çox yayılır və ona yoluxma ehtimalı da artıq olur. Bir çox viruslar soyuq, hətta şaxtalı havada da özünü qoruma qabiliyyətinə malikdir. Bunun üçün də bir sıra vacib şərtlər var ki, onlardan ən əsası karantin elan olunması, əhalinin kütləvi toplaşdığı yerlərdə, məktəblərdə, uşaq bağçalarında, ali təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasıdır\ .Xalid AZƏR