Dörd medal qazanıblar


Baxıldı : 28

Tarix : 2019-02-11 04:37:20


 

 


Şəmkir şəhərində yeniyetmələrin sərbəst güləş üzrə zona birinciliyi keçirilib. Zona birinciliyində “Zenit” İdman Cəmiyyətinin Gəncə Şəhər Şurasının yetirmələri də təmsil olunub. Onlar bu yarışda 4 medal qazanıblar.  45 kq. çəki dərəcəsində mübarizə aparan Abdulrəhman İbrahimov qızıl, Ayxan Verdiyev isə bürünc medala sahib olublar. Yalnız final mərhələsində məğlub olan Ramil Əsədov ( 92 kq.) ikinci yeri tutub. Samir Yusifzadə (71 kq.) isə üçüncü pillədə qərarlaşıb. Sərbəst güləşçilər yarışa məşqçi-müəllimlər Samir Əliyev və Səbuhi Məmmədovun rəhbərliyi altında hazırlaşıblar.