Dörd medala sahib olublar


Baxıldı : 576

Tarix : 2019-04-12 17:54:45


Martın 27-29-da yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı birinciliyi keçirilib. Birincilikdə iştirak edən “Zenit” İdman Cəmiyyətinin yetirmələri  4 medala sahib olublar. 38 kq. çəki dərəcəsində mübarizəyə qoşulan Həci Kərimov yalnız final görüşündə məğlub olaraq ikinci yeri tutub.  Rüstəm Behbudzadə ( 41 kq.) və Sabir Zeynalov ( 57 kq.) da həmkarları kimi eyni nəticə göstəriblər və gümüş medal qazanıblar. Cəmiyyətin digər üzvü Tural Behbudov ( 75 kq.) isə üçüncü yerlə kifayətlənməli olub.

Məşqçi-müəllimlər Cavid Qurbanzadə, Amil Abdullayev və Fəxrəddin Nuriyev yetirmələrinin daha yüksək titullar qazanacaqlarına ümid etdiklərini bildiriblər.