Dörd mükafat qazanılıb


Baxıldı : 104

Tarix : 2018-04-14 01:29:50


Aprelin 7-8-də Oğuz rayonunda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda 100-dən çox idmançı yüksək nəticələr uğrunda mübarizə aparıb. Yekun nəticəyə görə, qızların yarışında “Məhsul” İdman Cəmiyyətinin təmsilçisi Brilyant Bayramova 2 km. məsafəyə qaçışda üçüncü olub. Cəmiyyətin digər üzvü Aişə Qurbanova 4 km.məsafəyə qaçışı ikinci bitirib.

Oğlanların yarışında isə Leonid Kryukov 3 km.məsafəyə, Nail Rzayev isə 6 km.məsafəyə qaçışda üçüncü yeri tutublar. Qeyd edək gənc atletlər yarışa məşqçi-müəllim Zakir Vahabovun rəhbərliyi altında hazırlaşıblar.

Azər MUSTAFAYEV