Dostluq stressi azaldır


Baxıldı : 149

Tarix : 2017-07-21 23:37:11


Harvard alimləri təsdiq ediblər ki, dostluq stressi azaldır, fiziki nasazlıqların inkişafı riskini aşağı salır və həyatdan məmnunluq hissini artırır. Hesab olunur ki, ruhumuza yaxın adamlarla dostluq və əlaqələr xoşbəxtliyimiz, rifahımız və sağlamlığımız üçün məhəbbət qədər vacibdir. Sözsüz ki, qadına məhəbbətin bir sıra üstünlükləri vardır, lakin möhkəm kişi dostluğunun faydası da çoxdur.

Ekspertlərin rəyinə görə, bəzi kişilər özlərini dostları arasında daha rahat hiss edirlər. Əgər qadın kişinin fiziki sağlamlığının və psixi durumunun qayğısına qalırsa, onun dostları ilə birgə vaxt keçirməsi ona nə qədər mənasız görünsə də, o, belə ünsiyyətə mane olmamalıdır. Bundan başqa, öz ərinin dostları ilə vaxt keçirməsinə imkan verməklə qadın özü də rəfiqələri ilə maneəsiz görüşmək imkanı əldə edir.

Azər MUSTAFAYEV