Dünya çempionatına lisenziya qazanıblar


Baxıldı : 91

Tarix : 2017-06-21 21:43:07


Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Bu mərhələnin birinci günündə Azərbaycan millisinin üç boksçusu Lorenzo Sotomayor (64 kq.), Pərviz Bağırov (69 kq.) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı)  rəqiblərini məğlub edərək növbəti mərhələyə adlayıb, həm də dünya çempionatına lisenziya qazanıblar.

Yarışların ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb.

Kamran Şahsuvarlı ( 75 kq.) və Abdulqadir Abdullayev ( 91 kq.) rəqiblərini mübarizədən kənarlaşdırmaqla həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziya əldə ediblər. Tayfur Əliyev ( 56 kq.) və Cavid Çələbiyev (60 kq.) isə məğlub olublar.

Beləliklə, yığmamızın 5 üzvü mübarizəni iyunun 21-də baş tutacaq 1/4 finalda davam etdirəcək. Onlar həmçinin dünya çempionatında iştirak hüququna da yiyələniblər.

 

Azər MUSTAFAYEV