Dünya çempionatından bürünc mükafat


Baxıldı : 48

Tarix : 2017-08-18 23:30:58


Finlandiyanın Tampere şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında uğur qazanan idmançılarımızdan biri də Namaz Rüstəmov olub. "Zenit" İdman Cəmiyyətinin yetirməsi yunan-Roma güləşçilərinin mübarizəsində bürünc medal qazanıb. 

66 kq. çəkidə döşək üzərinə çıxan Namaz Rüstəmov Macarıstan və Özbəkistandan olan rəqiblərinə qalib gəlsə də, 1/4 final görüşünü uduzub. Onun rəqibi finala yüksəldiyindən güləşçimiz təsəlliverici görüşlərə qatılıb. Ukrayna idmançısına qalib gələrək bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə onun rəqibi Türkiyə idmançısı olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, qaydalara əsasən son xalı Namaz qazandığı üçün bürünc medalı əldə edib.

Azər MUSTAFAYEV