Dünya çempionatının gümüş medalını qazanıb


Baxıldı : 44

Tarix : 2019-08-30 16:43:59


Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatını ikinci pillədə başa vurub.

“Atilla” İdman Klubunun yetirməsi 73 kq. çəki dərəcəsində mübarizəyə qoşulub. Rüstəm belaruslu Vadim Şoka, Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda rəqibi komanda yoldaşı Hidayət Heydərova qalib gəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi “Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi yaponiyalı Şohei Ono olub. Rəqibinə məğlub olan R.Orucov dünya çempionatının gümüş medalı ilə kifayətlənib.