Dünya dövlətlərinə çağırış


Baxıldı : 185

Tarix : 2017-03-04 05:39:48


"Xocalıya ədalət!" çağırışı ilə fevralın 26-da Bakı şəhərində keçirilən ümumxalq yürüşündə Azərbaycan həmkarlar ittifaqı işçiləri də iştirak etdilər. Yüzlərlə sahə həmkarlar ittifaqı işçisi hüzn, kədər içində 25 il əvvəl erməni quldurları tərəfindən qətlə yetirilmiş xocalıların xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət etdi, qarşısına tər gül dəstələri düzdü. Ziyarətçilərə təsəlli verən o idi ki, dövlətimiz, başda Respublika Prezidenti cənab İlham Əliyev olmaqla, Xocalı şəhidlərinin dünya miqyasında anılması istiqamətində yorulmaz fəaliyyət göstərir. Artıq regionun ən güclü ordusuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələri düşmənin qəniminə çevrilib. Təkcə son bir ildə erməni təxribatına qarşı həyata keçirilən əks-hücumlar belə deməyə əsas verir.

Yürüş iştirakçıları, o cümlədən həmkarlar ittifaqı işçiləri əllərində tutduqları transparantlarda, plakatlarda erməni işğalçılarını lənətləyir, dünya dövlətlərini Xocalı soyqırımında iştirak etmiş caniləri cəzalandırmağa çağırdılar.

Yürüşdə Azərbaycan həmkarlar ittifaqları və sahə Hİ respublika komitələrinin rəhbərləri də iştirak etdilər.

B. RZAYEV