Dünyanın ən zəngin klubları


Baxıldı : 257

Tarix : 2018-01-05 22:45:52


"Soccerex" şirkəti dünyanın ən zəngin futbol klublarının siyahısını açıqlayıb. İlk yeri Ərəb milyarder Şeyx Mənsurun sahibi olduğu "Mançester Siti" tutur.  İkinci yerdə isə  İngiltərə Premyer Liqasının digər təmsilçisi "Arsenal" yer alır. “Üçlük"ü isə Nasir əl-Xelaifinin sahibi olduğu PSJ tamamlayır.

İlk "10-luq"da yer alan digər klublar isə aşağıdakılardır. "Quançjou Everqrand" (Çin), "Tottenhem" (İngiltərə), "Real" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Yuventus" (İtaliya), "Çelsi" (İngiltərə), "Bavariya" (Almaniya).

Azər MUSTAFAYEV