Düşmənə layiqli cavab verilib


Baxıldı : 60

Tarix : 2020-09-11 16:38:19


Sentyabrın 7-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin tapşırığı ilə xidmət əhatəsində olan Qazax Rayon Komitəsinin nümayəndələri Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş mayor Namiq Əhmədovun məzarını ziyarət etmiş, ailəsinə baş çəkmiş və onlarla söhbət etmişlər. Şəhidin ailə üzvləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin “Ermənistan Respublikasının Azərbaycana qarşı törətdiyi təcavüz və təxribatlarla əlaqədar 02-05 aprel 2016- cı il və 12-14 iyul 2020-ci il tarixlərində döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçuların uşaqlarının AHİK-in üzv təşkilatları tərəfindən himayəyə götürülməsi haqqında” qərarı ilə tanış edilmişdir.

Qərara əsasən, şəhid mayor Namiq Əhmədovun iki azyaşlı övladı - 6 yaşlı Nigar və 10 yaşlı Məhəmməd 18 yaşa çatana kimi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin himayəsinə götürülmüş və hər ay onların hər birinə 150 manat yardım ediləcəkdir.

Qeyd olunan vəsait artıq sentyabr ayının 1-də MİHİ Respublika Komitəsi tərəfindən həyata keçirilmişdir.

Bundan əlavə, İttifaqın Qazax Rayon Komitəsi tərəfindən şəhid ailəsinə bir sıra məişət avadanlıqları hədiyyə edilmişdir. Həmçinin ailənin bu il ilk dəfə məktəbə gedəcək qız övladı Nigara və məktəbli Məhəmmədə zəruri məktəb ləvazimatları da verilmişdir.