Dünya çempionatında iki  qızıl medal qazanıblar


Baxıldı : 47

Tarix : 2018-07-09 06:43:06


Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı keçirilib. Yarışın birinci günü döşək üzərinə sərbəst güləşçilər çıxıblar. Maraqlı keçən qarşılaşmada güləşçilərimiz iki qızıl və bir bürünc medala sahib olublar.

Qızıl medalları yığmamıza “Zenit” İdman Cəmiyyətinin üzvləri Əlihəsən Əmirli (48 kq.) və Turan Bayramov ( 65 kq.) qazandırıblar. Əlihəsən Əmirli yapon, bolqarıstanlı, iranlı həmkarlarını məğlub edərək yarımfinala çıxıb. Yarımfinalda gürcü güləşçiyə qalib gəlib. Finalda ABŞ idmançısından üstün olan Əlihəsən birinci yeri tutub.

Turan Bayramov 1/4 finalda erməni güləşçini məğlub edib. Yarımfinalda iranlı rəqibinə qalib gələrək finala vəsiqə qazanıb. Finalda Rusiya təmsilçisinə də güzəşt etməyərək çempionatı qələbə ilə başa vurub.

Məşqçi-müəllim Cavid Qurbanzadənin yetirmələrinin beynəlxalq turnirlərdə fərqlənməsi və uğurları gərgin məşq prosesinin, intizamın və  əzmkarlığın bariz nümunəsidir. 

AZƏR