Duzdan mehmanxana


Baxıldı : 234

Tarix : 2015-01-17 13:34:00


Boliviyada yerləşən dünyanın ən böyük duz səhrası olan \ Salar de Uyuni\ də tamamilə duzdan hazırlanan mehmanxana istifadəyə verilib.\ Luna Salada\ adlı mehmanxananın divarları, döşəməsi, interyer əşyaları, stolları, stulları və hətta çarpayıları səhradan götürülən duzdan hazırlanıb.Mehmanxanada işləyən aşpazlar su azlığını nəzərə alaraq oteldə özünəməxsus menyu hazırlayıb. Mehmanxananın menyusunda əsas yeri yerli duzdan hazırlanmış Latın Amerikasının milli yeməyi kinoa təşkil edir.CAVİD