Əbədi həkk olunmuşdur


Baxıldı : 97

Tarix : 2019-06-07 14:30:28


Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsində (THİK) 28 May - Respublika Gününə həsr olunmuş tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan BDU THİK-in sədri Daşqın Qənbərov bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də istiqlaliyyətin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri var idi. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər  ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

D.Qənbərov respublikamızın ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun bir dövlət kimi formalaşmasında xalqımızın ümummili lideri Heydər Əliyevin  böyük rolunun olduğunu söyləyib.

Digər çıxışlardan sonra ötən tədris ili ərzində universitetin ictimai - mədəni həyatında fərqlənən bir qrup tələbəyə Fəxri fərmanlar və pul mükafatları təqdim olunub.