Əgər tələblər yerinə yetirilməzsə


Baxıldı : 34

Tarix : 2019-02-11 04:34:51


Almaniyanın həmkarlar ittifaqı təşkilatı olan “Verdi” ölkənin Hannover və Duseldorf şəhərlərinin hava limanında çalışan xidmət personalına 2 günlük tətil çağırışı edib. Birliyin rəsmi veb səhifəsindən yayımlanan açıqlamada yaxın günlərdə  baş tutacaq iki günlük tətil barədə çağırış öz əksini tapıb. Tətilə səbəb yanvar ayında “Verdi”nin və Almaniya Federal Hava Nəqliyyatı Təhlükəsizliyi İttifaqının hava limanlarında çalışan 23 minə yaxın təhlükəsizlik əməkdaşının maaşının artırılması tələbinin qarşılanmaması olub. İşə götürən və həmkarlar ittifaqı təşkilatları arasında ilkin razılaşma əldə olunsa da, yekun müqavilənin imzalanmasında gecikmələr baş verir.  “Verdi”-dən verilən açıqlamaya görə, tətil baş tutarsa iki hava limanından 55 aviareys təxirə salınacaq. İttifaq, həmçinin hava limanlarındakı personalın  sayının az olmasını diqqətə çatdıraraq  1000 çalışanın işə cəlb edilməsini, maaşların artırılmasını, əmək şəraitinin yaxşılaşdırılmasını və personalın istirahətinin normalara uyğun təminatını tələb ediblər.