Ehtiyac meyarı sabit qalacaq


Baxıldı : 185

Tarix : 2015-10-09 02:41:00


2016-cı ildə yaşayış minimumunun həddinin 131 manatdan 136 manata artırılması proqnozlaşdırılır. Bu barədə İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova \ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi\ layihəsinin müzakirəsi zamanı bildirib. Nazir müavini qeyd edib ki, gələn il üçün ehtiyac meyarı isə dəyişilməz qalacaq. Gələn il üçün orta aylıq əməkhaqqı isə 474,5 manat təşkil edəcək. Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini İlqar Rəhimov isə bildirib ki, əgər 2006-cı ildə ehtiyac meyarı 58 manat idisə, indi 105 manata qədər qaldırılıb. Hazırda yaşayış minimumunda ehtiyac meyarı 80 faizə qədərdir. Bu proses göstərir ki, gələcəkdə bu göstəricilərin bərabərləşdirilməsinə nail olunacaq. Qeyd olunduğuna görə, sosial indekslərlə bərabər, minimum əməkhaqqının məbləğində də əhəmiyyətli dərəcədə artım baş verib. 10 ildə minimum əməkhaqqı 5,5 manatdan 105 manatadək artırılıb. Son 8 ildə pensiyaların orta aylıq məbləği 5,7 dəfə yüksəlib və bu göstərici üzrə sosial indekslərin həddinə görə Azərbaycan MDB-də Rusiya və Qazaxıstandan sonra 3-cü yeri tutur. Hazırda respublikamızda həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri də bu sahədə inkişaf indekslərini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırmaqdır. Əsas sosial hədəflər ölkə üzrə ehtiyac meyarını yaşayış minimumuna çatdırmaqdır.ELBRUS