Ekoloji tarazlıq gələcəyimizi qorumaqdır


Baxıldı : 259

Tarix : 2015-01-17 13:09:00


İdarəmiz Xəzər dənizində ekoloji problemlərin öyrənilməsi, mütəmadi olaraq onun çirklənmə vəziyyəti və bunun dinamikasının nəzarətdə saxlanılması və monitorinq işlərinin aparılması məqsədi ilə yaradılmışdır.Keçirilən monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan axarlardan götürülmüş su və qrunt nümunələri üzərində mütəmadi olaraq aidiyyəti sektorlar üzrə fiziki-kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji tədqiqatlar aparılır.Bu sahədə çalışan 169 işçi həmkarlar ittifaqının üzvüdür. Komitəmiz tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, əlavə ekoloji problemlərin yaranmasının qarşısını almaq və baş vermiş nöqsanların operativ həll olunmasını təmin etmək məqsədi ilə mühüm işlər həyata keçirilmişdir.Həmkarlar ittifaqlarının inkişafında mühüm şərtlərdən biri əmək müqaviləsinin bağlanmasıdır ki, bu sahədə işəgötürənlə aramızda heç bir problem yaranmayıb. Qarşıdakı illər üçün yeni sahə kollektiv sazişi bağlanmışdır. Çalışdığımız idarənin xidmət sahəsi xeyli genişdir. Fəaliyyətimizin əsas istiqamətlərindən biri də işçilərin sosial-iqtisadi mənafelərinin qorunmasıdır. İşçilərin əməyinin ödənilməsi, əməkhaqlarının vaxtında verilməsi daim diqqət mərkəzindədir.Anar TAĞIYEV,Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin HİK sədri