Ekstremal idman növlərinə maraq artır


Baxıldı : 329

Tarix : 2015-01-10 04:25:00


Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi idmanın inkişafına, işçilərin sağlamlığına xüsusi qayğı göstərir. Komitənin nəzdində fəaliyyət göstərən \ Ekosport\ və \ Geosport\ idman klubları sahə həmkarlar ittifaqı üzvlərinin sevimli komandalarıdır. Hər iki klubun idmançıları istər yoldaşlıq görüşlərində, ölkə birinciliklərində, istərsə də beynəlxalq turnirlərdə öz güclərini dəfələrlə nümayiş etdiriblər. İdmançılarımız öz fiziki və texniki hazırlıqlarını daim artırır, \ ClimBaku\ İdman Dırmanma Mərkəzində məşqlər keçirlər. \ ClimBaku\ İdman Dırmanma Mərkəzi ölkə və həmçinin beynəlxalq yarışların məkanına çevrilib. Ötən ilin son günlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mərkəzdə keçirilən Draytulinq üzrə II Açıq Respublika Çempionatının final mərhələsi uğurla başa çatıb.Çempionatda əvvəlki təsnifat mərhələlərini müvəffəqiyyətlə keçərək finala vəsiqə qazanmış 18 oğlan və 8 qız idmançı birincilik uğrunda qızğın mübarizə aparıb. Eyni zamanda yarışa qonşu dövlətlərdən qatılan idmançılar da maraqlı mübarizə şəraitində keçən final mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər. Oğlanlar arasında 1-ci yeri \ Salavat\ İdman Klubunun nümayəndəsi Rinat Rəhimxanov qazanıb. Digər iki yeri gürcüstanlı Laşa Mitaişvili və İlia Berulava tutublar. Qızlar arasında isə gürcüstanlı Anna Dularidze birinci olub. İkinci, üçüncü yerləri \ Qafqaz\ İdman Klubunun üzvü Şahidə Qasımova və Qərb Universiteti İdman Klubunun nümayəndəsi Fidan Novruzova qazanıblar.Klublar arasında \ Salavat\ İdman Klubu 1-ci \ Qafqaz\ İdman Klubu 2-ci, Gürcüstan Milli Dağçılıq Federasiyası 3-cü olmuşdur. Draytulinq üzrə II Açıq Respublika Çempionatının sonunda qaliblər Azərbaycan Gənclər və İdman Nazirliyinin Diplom və medalları, Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının qiymətli hədiyyələri və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının sertifikatları ilə təltif olunublar.Əhəd İBADOV