El sənətkarı ilə görüş


Baxıldı : 443

Tarix : 2015-12-05 05:52:00


Qaradağ rayonundakı 139 nömrəli tam orta məktəbdə müəllim və şagird kollektivinin Aşıq Əhliman Şirvanlı ilə görüşü keçirilib. Tədbiri məktəbin direktoru İntizar İsmayılova açıb. O, Azərbaycan aşıq sənətinin ustad nümayəndələrindən biri olan Aşıq Əhliman Şirvanlının yaradıcılığı haqqında məlumat verib. Məktəbin direktoru xalq sənətkarının təbiəti tərənnüm edən (\ Gəlir\ ), vətənpərvərlik duyğuları aşılayan (\ Azərbaycanım\ ), mərdlik, əyilməzlik təbliğ edən (\ Əyilmərəm\ ) və sairə şeirləri haqqında danışıb. Dəvəti qəbul edib gəldiyi üçün Aşıq Əhlimana məktəb kollektivi adından minnətdarlığını bildirib. Şagirdlər el sənətkarının vətənpərvərlik mövzusunda yazılmış şeirlərini söyləyiblər. Sözlərinə yazılmış aşıq mahnılarını sazla ifa ediblər. Sonda söz Aşıq Əhlimana verilib. Ustad sənətkar yeni yazdığı şeirlərini oxuyub və bir neçəsini sazla ifa eləyib. Dəvətə görə məktəbin kollektivinə təşəkkürünü bildirib. Qəsirə QULİYEVA,Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin ilk HİK-in sədri