Əlamətdar günlər qeyd olundu


Baxıldı : 58

Tarix : 2017-11-17 23:35:06


Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Bayrağı və Konstitusiya günləri münasibətilə tədbir keçirilmişdir. Tədbiri liseyin direktoru, pedaqogika üzrə elmlər doktoru Həsən Bayramov açmış və əlamətdar günlər barədə geniş məlumat vermişdir.

Tədbirin rəsmi hissəsi dövlət bayrağımızın və konstitusiyamızın tarixi, əzəməti, xalqımızın həyatında oynadığı roldan bəhs edən sənədli filmin nümayişi ilə başa çatmışdır. Sonra liseydə qruplar arasında konstitusiya mövzusunda olimpiada keçirilmişdir. Qaliblər mükafatlandırılmışdır.

Onu da deyək ki, həmin gün liseydə ilk dərslər Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuşdu.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir.