Əlavə iş saatına görə ödəniş təmin edilib


Baxıldı : 115

Tarix : 2018-01-19 19:08:34


İngiltərədə “Byrne Bros” inşaat şirkətinin 100-dən çox işçisi “Unite” Həmkarlar İttifaqının başlatdığı kampaniya ilə həftəlik iş qrafikindən artıq çalışmaya görə verilməli ödənişi almağa nail olublar. Kampaniyaya şirkətin Londondakı  4 böyük layihəsinin işçiləri qatılıb. Onlara ümumilikdə 250 min funt-sterlinq ödənilib. Çalışanların maaşları həftədə 39 saatlıq iş rejiminə əsasən hesablanır. Həftə sonu işlər davam etdirilsə də, buna əməkhaqqı ödənilmirdi.

Daha öncə işçilər vəziyyətə etiraz etsələr də, rəhbərlik onları diqqətə almadı. Sonra “Unite”nin başlatdığı kampaniya və aparılan danışıqlarla problem işçilərin xeyrinə həll edildi.

İttifaqın bölgə üzrə katibi Mark Soave bu qələbəyə işçilər arasındakı birliklə nail olduqlarını bildirib. O  deyib ki şirkət işçilərin bəzilərinə razılaşma təklif etsə də, çalışanları mövqeyindən döndərə bilməyib.

 Cavid SƏFƏROV