Elektrik taksilər


Baxıldı : 255

Tarix : 2015-02-07 14:07:00


Bir neçə gün əvvəl İstanbul küçələrində görünməyə başlayan elektriklə işləyən taksi bu şəhərdə ilk olduğu üçün hər kəsin diqqət mərkəzindədir.Bu taksilərin qiyməti 70-75 min dollar arasında dəyişir. Benzin xərci az olduğu və ətraf mühitə daha az zərər verdiyi üçün qiymətinin çox olması onu almaq istəyənləri narahat etmir. Elektriklə işləyən maşın \ Toyota Corolla\ nın yeni modelidir. Maşının 84 kv-luq elektrikli motoru var. Bu motor 11,9 saniyədə 100 km/saat sürət yığa bilir. Məcburi hallarda sürəti saatda 160 km-ə çata bilir. Maşın bir dəfə elektrik yığdığı zaman maksimum 420 km, ortalama 280 km. məsafə qət edə bilir. CAVİD