Elektron siqaretlərin insan orqanizminə zərəri varmı?


Baxıldı : 359

Tarix : 2015-12-12 06:36:00


Siqaret asılılığından qurtulmaq üçün insanlar müxtəlif yollara əl atırlar. Kimi əlacı həkimə müraciətdə görür, kimi bir tum çırtlamaqla başını qatmağa üstünlük verir, kimi də müxtəlif dərman preparatlarından istifadə edir. Son dövrlər dəb halına minən üsullardan biri isə VİP elektron siqaretlərdir. Ancaq elektron siqaretlər reklam olunduğu kimi də zərərsiz deyil. Bu səbəbdən də elektron siqaretlərin satışı artıq bir sıra ölkələrdə - ABŞ, Latviya, Norveç və İtaliyada qadağan olunub.Azərbaycanda 2001-ci ildə \ Tütün və tütün məmulatı haqqında\ qanun qəbul olunub. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tütün əleyhinə çərçivə konvensiyasına qoşulub. Dünyada bu sahədə antitütün təbliğatı getdiyi və bir çox ölkədə tütünün reklamı qadağan olunduğu halda, bu boşluqdan imkan tapan elektron siqaret istehsalçıları dünya bazarını, o cümlədən Azərbaycan bazarını tam fəth etmək uğrunda iş aparırlar. Bu mal dövlət orqanlarında siqaret kimi deyil, elektron mal kimi qeydiyyata alınır. Ona görə aksiz markası elektron siqaretlərdən tam uzaqdır. Üstəlik, elektron siqaret satan şirkətlər Azərbaycanda həddindən böyük reklam kampaniyası aparırlar. Supermarketlərdə istehlakçılar mağazaya daxil olanda birinci elektron siqaretlərin reklamı ilə rastlaşırlar. Reklamlarda elektron siqaretlərdən istifadə edənlərin bu zərərli vərdişdən tam uzaqlaşacağı diqqətə çatdırılır. Bu, qeyri-qanuni reklam kampaniyasıdır, istehlakçıların aldadılması və cəlb onların daha bir zərərli vərdişə cəlb olunması deməkdir. Üstəlik, beynəlxalq təşkilatların, ÜST-ün verdiyi məlumatlar elektron siqaretin heç də siqareti tərgitdiyini sübut etmir və tədqiqatlarda qeyd edilir ki, elektron siqaret özü vərdiş yaradır. Elektron siqaretdə də nikotin var. Siqaret çəkmiş adam nikotinə aludədir, ondan asılıdır.Elektron siqaretlərin hazırlanmasında xüsusi boyalar, rəngləyici vasitələrdən istifadə olunur. Həmin boyaların bəziləri kanserogen təsirə malikdir. Siqaretlərin tərkibində yandırıcı aqreqat və yanan maddə var ki, həmin maddə yandıqca siqaret kimi tüstülənir, insan da həmin tüstü ilə nəfəs alır. Həmin maddələrin özü və yanma məhsulları orqanizmə heç də zərərsiz deyil. Bunların bəziləri xərçəng şişi törədir. Elektron siqaretin yanması zamanı əmələ gələn maddələrlə nəfəs aldıqda bronxit epiteli qıcıqlanır və ağciyərə, eləcə də ümumi orqanizmə zərərli təsir göstərir. Həmin yanma məhsulları digər orqanlara da neqativ təsir edir. Bu cür sintetik maddələrin alışması zamanı ən qorxulu maddə, konseregen təsiri olan, yəni xərçəng şişi törədən benzopiren törəmələri yaranır.Mərkəzi Gömrük Hospitalının həkim-terapevti və uzun illər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan Nigar Hacıyevanın sözlərinə görə, elektron siqaretlərə siqareti tərgidən bir vasitə kimi baxılması qətiyyən düzgün deyil: \ Əhali və elektron siqaret istifadəçiləri bilməlidirlər ki, bu, istehlakçıların birbaşa aldadılmasıdır. Buna qarşı ciddi mübarizə aparılmalıdır\ . Sonra dedi ki, elektron siqaretlərin əksəriyyəti Çində istehsal olunur və tərkibində olan nikotinin dərəcəsi normalaşdırılmır. E-siqaretdən istifadə edən kimi nikotin dərhal bronxlara inqalasiya olunur və nəticədə damarların spazmına, dil kökünün onkologiyasına və digər ağır xəstəliklərə gətirib çıxarır. Günel RAFAYILQIZI