“Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi jurnalının təqdimatı


Baxıldı : 90

Tarix : 2018-10-29 06:16:26


Oktyabrın 17-də Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi jurnalının təqdimatı və müasir tələblərə uyğun elmi məqalənin hazırlanması, çap qaydaları” adlı seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU THİK sədri dosent Daşqın Qənbərov tələbələrin yazı qabiliyyətinin artırılmasının önəmini və beynəlxalq arenada söz sahibi olacaq gənclərin düzgün yetişdirilməsinin başda gələn vəzifələrdən olduğunu vurğulayıb.

Seminarda “Elm və İnnovativ Texnologiyalar” jurnalının təlimçisi Talehə Quliyeva ətraflı danışaraq tələbələri bu yöndə maarifləndirib.

Daha sonra “Clarivate Analytics” bazasının Azərbaycan nümayəndəliyinin təmsilçisi və “Khazar Journal of Humanities and Social Sciences” jurnalının redaktor müavini Xəyalə Məmmədova çıxış edərək tələbələrin suallarını cavablandırıb.