Elmi simpozium keçiriləcək


Baxıldı : 492

Tarix : 2015-02-07 14:04:00


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə martın 11-dən 18-dək Bakıda \ Muğam aləmi\ IV Beynəlxalq Muğam Festivalı keçiriləcək. Dünyanın bir çox görkəmli musiqiçilərinin və musiqişünas alimlərinin diqqət mərkəzində olan bu möhtəşəm tədbirin coğrafiyası ilbəil genişlənməkdədir. Artıq festivalla bağlı hazırlıq işlərinə başlanılıb.Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Azərbaycan Milli Konservatoriyasının (AMK) təşkilatçılığı ilə reallaşan festival çərçivəsində müxtəlif səciyyəli konsertlərlə yanaşı, Beynəlxalq Elmi Simpozium da keçirilməsi nəzərdə tutulub. Fevralın 9-10-da ABİ-nin konfrans zalında simpoziumda dinləniləcək məruzələrə və aparılacaq müzakirələrə həsr edilmiş konfrans keçiriləcək.