Elmira Qəmbərova daha bir yarışda fərqləndi


Baxıldı : 211

Tarix : 2019-06-07 13:52:19


İtaliyanın Sassari şəhərində güləşin hər 3 növü üzrə Matteo Pelikone Memorialı keçirilib.

Yarışın 2-ci günündə mübarizəyə qadın güləşçilər qoşulub. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızın 4 üzvü xalça üzərinə çıxıb.

Alyona Kolesnik, Elis Manolova və Tatyana Omelçenko  rəqibləri ilə qarşılaşmada hesabda önə çıxsalar da, son saniyələrdə üstünlüyü əldən verərək məğlub olublar.

Mübarizəyə 1/4 finaldan qoşulan Elmira Qəmbərova ( 62 kq.) tunisli güləşçi ilə ağır keçən görüşdə əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Bu mərhələdə İsveç təmsilçisi ilə üz-üzə gələn həmyerlimiz yenə əzmkar mübarizə sərgiləyərək finala yüksəlib. Həlledici qarşılaşmada İsveçin digər nümayəndəsi ilə qarşılaşan  Elmira məğlub olaraq gümüş medalı boynundan asıb.

Xatırladaq ki, Elmira Qəmbərova “Zenit” İdman Cəmiyyətinin yetirməsidir.

Azər MUSTAFAYEV