Elnur Hüseynov musiqi yarışmasının qalibi olub


Baxıldı : 603

Tarix : 2015-02-21 04:54:00


Türkiyənin TV8 kanalında yayımlanan \ O səs Türkiyə\ müsabiqəsinin final mərhələsi keçirilib. Daha çox səs toplayan azərbaycanlı müğənni Elnur Hüseynov müsabiqənin qalibi olub.Elnur Hüseynov əvvəl \ O Sole Mio\ opera parçasını səsləndirib, sonra Sertab Erenerin \ Aşk\ mahnısını bir daha ifa edib. İlk səsvermədən sonra qalib \ üçlük\ də qalan ifaçı sonda ilk seçim turunda ifa etdiyi \ Lutch\ (Sem Smit) mahnısını yenidən oxuyub.