Əmək hüquqları ilə bağlı statistika təqdim olunub


Baxıldı : 87

Tarix : 2017-06-16 22:07:14


Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) dərc etdiyi "Beynəlxalq Hüquqlar İndeksi 2017"-də dünya ölkələrində işçi hüquqlarının pozulması ilə bağlı müxtəlif meyarlar nəzərə alınaraq statistika hazırlanıb və son illərdə bu və ya digər halların 10 faiz artdığı vurğulanıb. Məruzədə  kooperativ maraqların çalışanların maraqları ilə toqquşduğu və işçi sinfinin bundan əziyyət çəkdiyi bildirilib.

BHİK-in baş katibi Şaran Barrou məsələ ilə bağlı deyib ki, əmək hüquqları əsasında işçilərin müdafiəsinin azaldılması miqrant problemi və bunun sektora təsiri, hökumətin və şirkətlərin uzunmüddətli əmək müqaviləsi imzalamaqdan boyun qaçırması   problemin daha da dərinləşməsinə gətirib çıxarır.

Məruzədə 139 ölkə işçi hüquqlarının  qorunmasına görə sıralanıb və bu, müxtəlif meyarlara əsasən hesablanıb.

"Beynəlxalq Hüquqlar İndeksi 2017"-dən bəzi əsas statistik məlumatlar:

-84 ölkə işçi qruplarını-həmkarlar ittifaqı birliklərini əmək qanunvericiliyinə daxil etmir;

-ölkələrin 25 faizdən çoxu bəzi və ya bütün işçilərin tətil hüququnu rədd edir;

- ölkələrin 25 faizdən çoxu kollektiv müqaviləni rədd edir;

-Anketə qatılan 139 ölkədən 50-si işçilərin sərbəst danışma və toplaşma azadlığını tam və qismən məhdudlaşdırır;

- 59 ölkədə işçilər fiziki şiddətə və təhdidə məruz qalır. 11 ölkədə isə qeyd olunan hallar zamanı ölüm faktı qeydə alınmışdır.

"İqtisadi bərabərsizliyin getdikcə dərinləşməsi hazırkı dövrdə çalışanları ədalətli pay bölgüsündən də məhrum edir. Fiziki təzyiqlər və hüquqi məhdudiyyətlərlə yanaşı, beynəlxalq səviyyədə diqqət edilməsi vacib olan digər problem də maaş bölgüsünün düzgün qurulmamasıdır",- deyə Baş katib Ş.Barrou bildirib.

Məruzəyə əsasən, Yaxın Şərq və Şimali Afrika ölkələri işçilərin təhlükəsizliyi baxımından ən pis bölgə seçilib. Buna səbəb burada əsas işçi hüquqlarının inkar  edilməsi "Kafala"sisteminin qüvvədə qalması,  müharibələr,  hüquqi üstünlüyün pozulmasıdır. Burada özəl sektor gündən- günə geriləyir, maaşlar uzun müddət ödənilmir, kütləvi ixtisarlar daha da dərinləşir.

Cavid Səfərov