Əmək müqaviləsində dəyişiklik tələbi


Baxıldı : 54

Tarix : 2017-07-14 23:37:13


"Qate Qrup" qida şirkətinə məxsus "Qate Qourmet"in Argentinada yerləşən filialının sürücüləri tətil keçirib. Tətilə səbəb imzalanması planlaşdırılan müştərək müqavilənin maddələrində razılaşmanın əldə olunmamasıdır. Etirazçılara Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (BNİF), "Unite" Qlobal İttifaqı  Avstraliya və Almaniyanın Nəqliyyat İşçiləri Federasiyasından dəstək verilib. BNİF-in baş katibi Stiv Kotton məktubla şirkətə müraciət edərək işçilərlə danışıqlar aparmağa, beynəlxalq normalara riayət etməyə çağırıb.

200-ə yaxın sürücünün qatıldığı aksiyada əmək müqaviləsinin bağlanması zamanı sürücüləri qida sektorunda çalışanlar kimi deyil, nəqliyyat sektoru işçiləri kimi qeyd etmək, maaş və iş rejiminin də bu yöndə tənzimlənmək tələb edilib.

BNİF-in hava nəqliyyatı üzrə katibi Qabriel Rodrigez işçilərin həmkarlar ittifaqı təşkilatlarına üzv olmasına maneə yaradılmasından söz açaraq Beynəlxalq Əmək Təşkilatının 87 və 98 saylı konvensiyalarının pozulduğunu və daha öncə də məsələ ilə bağlı Argentina hökumətinə müraciət etdiklərini bildirib.

Cavid SƏFƏROV