Əmək pensiyaçılarının sayı açıqlanıb


Baxıldı : 74

Tarix : 2017-07-22 00:55:26


"2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyaçılarının sayı 1 milyon 325 min nəfər təşkil edir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayev bildirib.

"Onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi isə əlilliyə görə əmək pensiyası alır. Ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikasının cari ildə də davam etməsinə imkan verib", - deyə E.Babayev vurğulayıb.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, cari ilin əvvəlindən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə (12,4 faiz) uyğun şəkildə indeksləşdirilərək artırılması təmin olunub: "Ümumilikdə cari ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 201,7 manata çatıb. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği də 6 faiz artaraq 224 manat təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan yaradıb".