Əməkdaşlığın güclənməsində mühüm rol oynayacaq


Baxıldı : 45

Tarix : 2017-07-28 20:27:39


İyulun 26-27-də Çinin Çuntsin şəhərində BRİCS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) hökumət nümayəndələrinin toplantısı keçirilib.

Toplantıda çıxış edən Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş katibi Qay Rayder qurumun dünyada əmək problemlərinin həlli yönündə əsas rola malik olduğunu vurğulayıb. O bildirib ki, qrupa daxil olan ölkələr dünya əhalisinin 48 faizini, istehsalın 21 fazini təmsil edir: “Yaranmasının 10-cu ilinə yaxınlaşarkən siyasi arenada da həlledici mövqeyə malik ölkələr də qrupun bir parçasıdır. Ən önəmli inkişaf isə əməyin təhlükəsizliyinin genişləndirilməsi və bu yöndə əməkdaşlığa önəm verilməsidir. Qurumun BƏT-in iş prinsiplərinin yüksəldilməsi yönündə həyata keçirdiyi proqramları dəstəkləməsi təqdirəlayiq haldır. BMT-nin Davamlı İnkişaf Planı 2030 və İşin Gələcəyi üçün BƏT-in Təşəbbüsü kimi mövzuların Çuntsin toplantısının gündəliyinə salınması verilən dəstəyin göstəricisidir. Burada alınacaq qərarlar sentyabrda keçiriləcək növbəti Xiamen şəhərindəki  görüşdə müzakirə olunacaq və ümidvaram ki, əməkdaşlığın güclənməsində mühüm rol oynayacaq".

Qeyd edək ki, BRİCS  beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur.

 

Cavid Səfərov