Əməkdaşlıq haqqında müqavilə imzalandı


Baxıldı : 48

Tarix : 2017-09-29 23:47:14


Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (BNİF) və Ukraynanın nəqliyyat üzrə həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri paytaxt Kiyevdə bir araya gəlib. İclası giriş sözü ilə açan Ukrayna Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının sədri Mixail Kiriev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Çıxış edən BNİF-in layihələr üzrə koordinatoru Tomas Abrahamson  birgə fəaliyyətdən danışıb. Misal kimi Skandinaviya ölkələrinin nəqliyyat üzrə həmkarlar ittifaqlarının BNİF-lə əməkdaşlığını göstərib. O bildirib ki, Ukraynada da qarşıya qoyulan hədəf üzrə çalışmalar davam etdirilir.

Toplantıda BNİF-in baş katibi Stiv Kotton görülən işləri diqqətə çatdırıb. Birgə fəaliyyəti dəstəkləmək üçün yaranan komitənin fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb.

Daha sonra 2014-cü ildən başlayaraq BNİF və Ukrayna həmkarlar ittifaqı təşkilatları ilə əldə edilən razılaşmalar, görülən işlər, keçirilən tədbirlər barədə danışıldı.

Tədbirin yekununda ölkənin Çay Nəqliyyatı və Balıqçılıq Təsərrüfatı İşçiləri həmkarlar ittifaqı təşkilatları BNİF-lə əməkdaşlıq haqqında müqavilə imzaladı.

Cavid SƏFƏROV