Əməkdaşlıq müqaviləsi bağlandı


Baxıldı : 183

Tarix : 2018-02-16 21:51:46


Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqlarının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov Moskva şəhərində keçirilmiş Rusiya Professorlar Cəmiyyətinin I Forumunda iştirak etmişdir. Forumda “Müasir elmin və ali təhsilin problemləri: yeni çağırışlar” mövzusunda müzakirələr aparılmışdır.

Habil müəllim müzakirələrdə çıxış edərək gündəlikdə duran məsələyə münasibətini bildirmişdir. O, tədbir iştirakçılarını Azərbaycanda müasir elmin və ali təhsilin mövcud durumu ilə tanış etmiş, təkliflərini diqqətə çatdırmışdır.

Məlumat üçün deyək ki, Rusiya Professorlar Cəmiyyəti 2016-cı ildə təsis edilmiş, 2017-ci ilin aprel ayında qeydiyyatdan keçmişdir. Sıralarında ölkənin 73 subyektini, 138 universitetini təmsil edən 2000-dən artıq professoru birləşdirir.

Habil Qurbanov səfər çərçivəsində həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri ilə də görüşmüşdür. Görüş zamanı AMEA-nın Azad Həmkarlar İttifaqı və Rusiya Elmlər Akademiyasının Həmkarlar İttifaqı arasında qarşılıqlı əməkdaşlıq haqqında 5 illik müqavilə bağlanıb.