Əməkdaşlıq yüksək səviyyədə davam etdirilir


Baxıldı : 35

Tarix : 2017-10-06 23:58:46


Dünyanın 140 ölkəsində 50 milyon işçisi olan "İnditex" brendi və İndustriALL Qlobal İttifaqı arasında əmək şəraitinin qorunması  və inkişafı üçün imzalanan Qlobal Çevrə (ÇƏRÇİVƏ) Sazişinin 10 illiyi qeyd olunub. Qurumun  Madriddəki baş ofisində idarə heyəti başçısı Pablo İsla və İndustriALL-ın baş katibi Valter Sançez bir araya gəlib.

Valter Sançez görüşdə bildirib ki, Qlobal Çərçivə Sazişinin imzalanması  geyim sektorunda işləyən 1,5 milyon insanın daha yaxşı əməkhaqqı alması, çalışanların hüquqlarının müdafiəsi yönündə böyük bir addımdır.

Pablo İsla son on ildə layiqli əmək şərtlərinin tətbiqi və təşviqi üçün Qlobal Çərçivə Sazişinin ən yaxşı vasitə olduğunu, birləşmək azadlığına və kollektiv danışıqlarla razılıq əldə olunmasına  müsbət təsir etdiyini deyib. O qeyd edib ki, saziş imzalandıqdan bu yana İndustriALL və yerli CCOO və UGT həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq yüksək şəkildə davam etdirilir.

Qeyd edək ki, "İnditex" İndustriALL-la əməkdaşlığa 2002-ci ildən başlayıb. 2007-ci ildə imzalanan sazişlə tərəfdaşlıq daha da möhkəmlənib. Quruma daxil olan 7000 min fabrik və 1800-dən çox tədarük mərkəzində çalışanların əmək hüquqları qəbul olunmuş standartlarla qorunur. 2014-cü ildə Qlobal Çərçivə Sazişi yenilənərək gücləndirilib.

Cavid SƏFƏROV