Əməyin mühafizəsi və təftiş komissiyaları üzrə həmkarlar ittifaqı fəalları növbəti kurslarda iştirak etdilər


Baxıldı : 158

Tarix : 2018-05-12 04:09:36


Aprel ayının sonunda və mayın əvvəlində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqı fəalları üçün əməyin mühafizəsi və təftiş komissiyaları mövzularında kurslar təşkil olunmuşdur. Kurslarda təftiş komissiyalarının 53 sədri, komissiya üzvləri və 70 nəfər əməyin mühafizəsi üzrə müvəkkil iştirak etmişdir.

Əməyin mühafizəsi üzrə müvəkkillər, fəaliyyət göstərdikləri sahələrin xüsusiyyətləri nəzərə alınmaqla, bir neçə qrupa bölünmüşdülər. Qruplarda “Bədbəxt hadisələrin, peşə xəstəliklərinin və qəzaların səbəbinin araşdırılması proseduru haqqında”, “Müəssisədə sənaye xəsarətlərinin təhlili” H-1 forma aktının tərtibatı”, eləcə də kollektiv müqavilələrdə “əməyin mühafizəsi bölməsinin hazırlanması, yanğın təhlükəsinə qarşı mübarizə tədbirlərinin təşkili ətrafında müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Kurslarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən, FHN Dövlət Yanğından Mühafizə Xidmətindən və AHİK-in əməyin mühafizəsi, sağlamlıq və sosial-təminat şöbələrindən mütəxəssislər mühazirələr oxudular.

Təftiş komissiyalarının cəlb edildikləri qruplarda “Əmək Məcəlləsi: yeniliklər, əlavələr və dəyişikliklər”, “Vergilər Məcəlləsi. Həmkarlar ittifaqı təşkilatında vergitutmanın xüsusiyyətləri”, həmçinin təftiş komissiyasının işinin təşkili məsələləri gündəliyə salınmışdı.

Bu məsələlər barədə mühazirə oxuyan Vergilər Nazirliyinin, Auditorlar Palatasının mütəxəssisləri bir çox mübahisəli məqamlara aydınlıq gətirdilər. Kurs iştirakçılarının təkliflərini dinlədilər.

B.RZAYEV