“Əməyinə sahib çıx, yerli məhsulları istifadə et!”


Baxıldı : 39

Tarix : 2018-11-03 04:43:00


İqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq həm istehsal, həm də istehlakda “yerliləşmə” prinsipi önə çıxır. Buna görə Türk-Metal “Yerli İstehsal” kampaniyasına başladı. Türk-Metalın sədri Pevrul Kavlak “200 mindən çox nümayəndəmizlə birlikdə yerli məhsullardan istifadə edilməsi üçün “Əməyinə sahib cıx, yerli məhsulları istifadə et” şüarı ilə səfərbərlik elan edirik” dedi.

Bu gün 200 min işçisi olan Türk-Metal böyük bir açılış mərasimi ilə “İstehsal etdiyini istifadə et” kampaniyasına başlayır. Türk-Metalın sədri Pevrul Kavlak kampaniyaya “yerli istehsal” süarı ilə başladı.

Dünya iqtisadiyyatında yaranan böhranlar Türkiyəyə də öz təsirini göstərməkdədir. Buna görə də dövlət başçımız hamımıza göstəriş vermişdir. Biz də öz vəzifəmizi yerinə yetirmək üçün dövlətimizin “Yerli İstehsal” kampaniyasına “Yerli İstehlak” kampaniyası ilə dəstək veririk.

Açılışı olacaq kampaniyada Türk-Metal bütün üzvlərinə üzərində “yerli istehsal” yazısı olan məhsullardan istifadə edilməsinə çağırış edəcək. İstanbulda açılışı olacaq kampaniyada 200 min təmsilçinin iştirakı gözlənilir.