Çempionat uğurla başa çatdı


Baxıldı : 424

Tarix : 2015-02-07 14:00:00


Bu günlərdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX), Gənclər və İdman Nazirliyinin Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə birgə keçirdiyi Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı başa çatıb. İki gün davam edən çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər. Çempionatın oğlanlar və qızlar arasında təşkil olunmuş sürət və çətinlik mərhələləri üzrə təsnifat-seçim yarışlarını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. Daha sonra çempionat final mərhələsi ilə davam edib. Kişilər arasında çətinlik üzrə final mərhələsində \ Salavat\ komandasının üzvləri Ramel Rəhimxanov və Alim Atluxanov 1-ci və 3-cü yerləri tutmuşlar. \ Qafqaz\ komandasının nümayəndəsi İftixar Hidayətov 2-ci olmuşdur.Qadınlar arasında final mərhələsinin isə \ Zirvə\ nin nümayəndəsi Gülnar Pirəliyeva 1-ci, \ AMEAST\ nın üzvü Leyla Əhmədova 2-ci, \ Rockstone\ nın idmançısı Süsəm Əliyeva 3-cü olmuşdur.Sürət üzrə final mərhələsində kişilər arasında \ Zirvə\ nin idmançıları Qalib Şıxrəhimov 1-ci olmuş. \ Salavat\ ın nümayəndələri Ramel Rəhimxanov və Alim Atluxanov 2-ci və 3-cü yerləri tutmuşlar.Qadınların final mərhələsində \ AMEAST\ ın nümayəndəsi Leyla Əhmədova 2-ci, \ Qərb Universiteti\ nin idmançısı Fidan Novruzova 3-cü olmuşdur. Qalib adını \ Zirvə\ nin idmançısı Gülnar Pirəliyeva qazanmışdır. Komandalararası yarışda ümumi nəticələrə görə \ Zirvə\ komandası I, \ AMEAST\ komandası II, \ Salavat\ komandası isə III yerə çıxdı.2 gün davam edən çempionatın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.Əhəd İBADOV