Çempionlar mükafatlandırıldılar


Baxıldı : 362

Tarix : 2015-02-28 03:29:00


Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin və bədən tərbiyəsi və idman fakültəsinin təşkilatçılığı ilə üç idman növü (dama, şahmat, nərd) üzrə əməkdaşlar arasında keçirilən yarış başa çatmışdır. Damaçıların mübarizəsində riyaziyyat fakültəsinin komandası qalib adını qazanmışdır. İqtisadiyyat və idarəetmə fakültəsinin təmsilçiləri şahmatçıların yarışında hamıdan güclü olmuşlar. Nərd oyununda özündən deyənlər arasında filologiya fakültəsinin əməkdaşları rəqib tanımamışlar. Çətin ki, universitetdə bundan sonra onların yanında kimsə öz ustalığından danışa bilsin.Fevralın 20-də qaliblərin mükafatlandırma mərasimi olmuşdur. Mərasimdə ali məktəbin rektoru Elxan Hüseynov çıxış etmişdir. O, birinci yerlərin sahiblərini təbrik etmiş, onlara gələcəkdə də uğurlar arzulamışdır. Sonra rektor qaliblərə mükafatları təqdim etmişdir. CAVİD