Ən böyük dinozavr izi tapılıb


Baxıldı : 93

Tarix : 2017-03-31 22:29:06


Avstraliyanın indi yerləşdiyi quru ərazilərdə 100 milyon il bundan əvvəl dinozavrların 20-dək növü yaşayıb. Arxeoloqlar tərəfindən bu sürünənlərdən, xüsusən də uzunboyunlu nəhəng zauropodlardan qalan izlər indi də aşkar olunur.

Nə vaxtsa rütubətli iqlimi olan, ağaclarla zəngin və kiçik dənizlərlə əhatə olunan Avstraliyanın şimal-şərq hissəsində sonradan güclü istilər meydana gəlib. Bu, həmin ərazilərdəki heyvanları məhv etsə də, onların izləri qalıb. "Journal of Vertebrate Paleontology" nəşrində dərc olunan təhlillərdə arxeoloqlar bu ərazilərdəki izlərin rəngarəngliyi ilə seçildiyini bildirirlər.

Bu izlər arasında biri öz nəhəngliyi ilə diqqəti cəlb edir. Həmin izin 1,5 metr uzunluqda və 22 santımetr dərinlikdə olduğu bildirilir.

Azər MUSTAFAYEV